ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə yüksəlib

3 oktyabr tarixinə ABŞ-ın ödənilməmiş ümumi dövlət borcu 31,12 trln. dollar təşkil edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında məlumat verilib. Bu borcun 6,82 trln. dollarlıq və ya 21,9%-lik hissəsi hökumət daxili borc, geri qalan 24,29 trln. dollarlıq hissəsi isə əsas borclardır.

Qeyd edək ki, nazirlik ölkənin dövlət borcu ilə bağlı hesabatlarını 1993-cü ildən etibarən dərc edir. İlk dərc olunan hesabatda ABŞ-ın dövlət borcu 4,3 trln. dollar olub.

Xatırladaq ki, ABŞ-ın 2022-ci il üçün təsdiq olunmuş ümumi borcun maksimal səviyyəsi 31,4 trln. dollar təşkil edir.

Məlumatda həmçinin qeyd olunub ki, ABŞ-ın cari dövlət borcu tarixi rekord səviyyəyə yüksəlib.