ABŞ-dan Suriyaya 800 milyon dollarlıq yardım

ABŞ Suriyaya 800 milyon dollardan çox humanitar yardım ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild məlumat verib.

Onun sözlərinə görə, yeni yardım paketi bundan əvvəlki Brüssel konfransında ABŞ tərəfindən elan edilən yardımdan çoxdur.

Diplomat onu da qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Afrikada, Yaxın Şərqdə, o cümlədən Suriyada kəskin taxıl və gübrə çatışmazlığı yaranıb.