Abbas Hüseyn soyqırım iddialarına etiraz etdi

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn "erməni soyqırımı" iddialarına etiraz etdi.

 

Operativ.tv Abbas Hüseynin həbsxanadan göndərdiyi mesajı təqdim edir:

 

"Osmanlı dövləti 500 ildən artıq hakimiyyətdə olan türk dövləti olsa da, onun təməlini möhkəm edən sütunları İslama inancı və Allahın gücü idi. Bu dəyərlərlə hakimiyyət təmsil etdiyi torpaqlara asayiş, ədalət və mədəniyyət gətirmişdi. Osmanlı torpağı olmuş indiki qərb dövlətlərində bunu ehtiva edən nişanələr var. Bütün dinlərin nümayəndələri üçün asayiş yaradıb xalqlara, millətlərə ədalət gətirən bir dövlətin hansısa azlıq təşkil edən kütləyə qarşı süqut etməsi haqqında sübutsuz danışmaq nə qədər məntiqlidir?

Hegemonluğu ilə dünyaya "azadlıq" bəxş etmək istəyən Amerikanın prezidenti Con Bayden və Prezident Adminstrastiyası özlərinin erməni lobbisinin təsiri altında olaraq, tarixi həqiqətlərin əleyhinə fikirlər bildiriblər. Lakin Baydendən fərqli olaraq, öncəki sələfləri öz çıxışlarında diqqət edərək, balanslaşdırılmış fikirlər səsləndirməyə çalışıblar. Nə qədər tarixi həqiqətlərdən kənar fikirlər səsləndirsələr də, bugünkü kimi hiddətə səbəb olmamışdı. Həmçinin, bu gün belə bir ədalətsiz fikirləri də gözlənilən idi. Çünki son 5 ildə ermənilərin kütləvi ölməsi barədə saxta sənədlər təhdid və şantaj predmetinə çevrilmişdi. Eləcə də, Bayden bundan öncəki vəzifələrini tutduğu illərdə Türkiyə əleyhinə qərəzli fikirlər səsləndirmiş, hətta bir dəfə də yanlış fikrinə görə üzr də istəmişdi. Üzr istəməsi həm də mətbuatda da əks olunmuşdu. Maraqlıdır ki, Con Bayden Prezidenti olduğu Amerikanın 10-dan çox ştatında ermənilərin hətta Xocalı şəhərinda törətdiyi qırğını tanıdıqları halda, Bayden özü saxta soyqrımdan danışır.Əgər Bayden tarixi həqiqətləri öyrənmək, bu gün ədalətli fikir bildirmək istəyirsə, 31 martda Azərbaycana aid torpaqların dörd bölgəsində törədilmiş soyqırım və erməni barbarlığına aid olan tarixi sənədlərlə, faktlarla tanış olsun. Xocalı soyqrımda açıq-aşkar görüləcək erməni vəhşiliyinin video kadrlarına baxsın. Bəlkə qocalığı ilə əlaqədar sağlam düşünə bilmirsə, həmin kadrları ona izah etsinlər ki, o ölkədə öldürülən qadınların, yaşlıların, uşaqların əynində nə qalın geyim var idi nə də yanında silah. Onlar öz evlərindən zorla çıxardılanlar, hiyləgər pusqularla qətlə yetirilmiş şəxslər idi.

Bu gün onların haqqını qorumayan, görməzdən gələnlər isə lider yox, ədalətsiz və saxtakardır.

Bizim Türkiyənin siyasi və milli maraqlarına uyğun addım atmağımız kimlərisə, hansısa xarici rəsmiləri qıcıqlandıra bilər. Bilsinlər ki, bu təbiidir, çünki bu genetik baxımdan haqqa bağlılığımız, doğruları hər şeydən üstün tutmağımızdan irəli gəlir ki, ədalətsiz hadisələrə biganə qala bilmirik. Hər kəs də bilsin ki, Azərbaycan dövləti və xalqı barəsində nahaq söz söyləyənlərə qarşı haqq davada can verməyə hazırıq.

 

Abbas Hüseyn

30.04.2021

Qobustan həbxanası".