Abbas Hüseyn müalicə mərkəzinə köçürülüb

Bir neçə gündür səhhətində yaranan problemlər səbəbindən cəza çəkdiyi 8 saylı müəssisədə müalicə alan Abbas Hüseynin Pentesiar Xidmətin Müalicə mərkəzinə köçürüldüyü bildirilir. Kovid 19 əlamətləri ilə müalicə alan A. Hüseyn yüksək allergik həssaslığı səbəbindən vaksindən imtina etmişdi.  Eyni halda o, vaksinin məcburi olmamasını əsas gətirərək peyvəndə razı olmayıb. Bu gün ailəsi ilə əlaqə saxlayan 8 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onlara bildirib ki, Abbas vaksindən imtina etdiyi üçün səhhətində kovid 19 əlamətləri aşkarlanıb və buna görə də o mərkəzləşmiş müalicə mərkəzinə göndərilib.

Hələ ki, Abbas Hüseynlə müalicə mərkəzində əlaqə saxlamaq mümkün olmayıb və onun səhhətində hər hansı bir problemin ağırlaşması ilə bağlı məlumat yoxdur.