Abbas Hüseyn: Cahad, sənin yanındayıq

Gecə-gündüz hər yerdə təbliğ olunur ki, dövlətimizi istəməyən xarici qüvvələr var. Bunu bildik. Bu fikir və ehtimalı əsas götürərək, həmin qüvvələrə fürsət verməmək üçün uzun zamandır ki, gördüyümüz və eşitdiyimiz haqsızlıqları, qanundankənar hərəkətləri işıqlandırmırıqsa, bu o demək deyil ki, hər şeyə biganə yanaşacağıq. "Dövlətimizi istəməyən qüvvələr var" fikrini cəmiyyətə aşılamadan öncə  bunu penitensiar xidmətin rəhbərliyinə də bildirmək lazımdır.

Buna görə də düşünməyin ki, son günlərdə əziz dostumuz Cahad Babakişizadəyə edilən işgəncələrə biganə yanaşıb onu müdafiə etməyəcəyik. Cahad Nardaran hadisələri baş verməmişdən 10 gün əvvəl namaza başlamışdı. Bu hadisələr baş verərkən, öz evində oturduğu zaman atışmanı, səs-küyü eşidərək, narahat halda hadisə yerinə tərəf qaçdığı üçün ürəyindən yuxarı istiqamətdən güllə yarası alaraq həbs edilib. Bu hadisə dostumuzun haqsızlığa biganə qalmadığının, mərd biri olduğunun isbatıdır.

İndi ona zülm edənlər, ona qarşı haqsızlığa son qoyana, hüquqlarını bərpa edəcəyiniz günə kimi dostumuzun yanında olub haqqını tələb edəcəyik.

Cahad Babakişizadəyə edilən haqsızlığın son tapacağı ümidi ilə.

 

Abbas Hüseyn