AB-də yeni təbii qaz böhranı

Rasthaber-ə istinadən Operativ.tv xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrində enerji böhranı pik həddə çatıb və qiymətlər əhəmiyyətli dərəcədə artıb.
Aİ ölkələri enerji asılılığını həll etmək üçün alternativ ölkələr axtarsalar da, hərtərəfli çıxış hələ mümkün görünmür.
Digər tərəfdən, müharibə böhranın miqyasını genişləndirməyə səbəb olmuşdur.
Amerikanın Səsinin xəbərinə görə, Ukrayna Rusiyadan Avropaya daşınan yanacağın az qala üçdə birini Ukrayna üzərindən daşıyan tranzit məntəqəsindən qaz axınını dayandıracağını bildirib və bunda Moskvanı günahlandırıb.
Ukraynanın təbii qaz sistemini idarə edən GTSOU çərşənbə günündən etibarən Soxranivka xəttindən gələn axını dayandıracağını açıqlayıb.
Şirkətin açıqlamasında buna səbəb Novopskov qaz-kompressor stansiyasının “işğalçı qüvvələrin texniki proseslərə müdaxiləsi” səbəbindən fəaliyyət göstərməməsi göstərilib. Belə olan halda, axının müvəqqəti olaraq Ukraynanın nəzarətində olan ərazidə yerləşən Suca limanına yönəldilə biləcəyi bildirilib.
Bununla belə, Rusiyanın qaz ixracında monopoliyaya malik olan enerji şirkəti “Qazprom” bütün axını Suca limanına köçürməyin “texnoloji cəhətdən mümkünsüz” olduğunu açıqlayıb.
Ukraynanın şərqindəki Luqansk vilayətində yerləşən Novopskov kompressor stansiyası əməliyyatdan sonra Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb.
GTSOU bildirir ki, bu, Luqansk vilayətində Ukrayna qaz tranzit sistemində ilk kompressordur və gündə təxminən 32,6 milyon kubmetr qazın tranzit marşrutunu təşkil edir. Bu da Ukrayna vasitəsilə Avropaya göndərilən Rusiya qazının üçdə birini təşkil edir.
Rusiyanın Qazprom şirkəti isə Ukrayna GTSOU-nun Soxranivka keçidindən Avropaya qaz axınının dayandırılması üçün heç bir maneə olmadığını bəyan edərək, Avropadakı alıcılar qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini açıqlayıb.