Zərif: BMT Nizamnaməsinə uyğun surətdə bizə hücum edilən bazaları hədəfə aldıq

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin İraqdakı ABŞ bazasına raket zərbələrini özünümüdafiə tədbiri adlandırıb. Bu barədə İran XİN rəhbəri öz "Twitter" səhifəsində paylaşım edib.

C.Zərif bildirib: "İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə istiqamətində mütənasib addımlar atdı və İranın yüksək vəzifəli rəsmiləri və vətəndaşlarına qarşı "qorxaqcasına hücum"un təşkil edildiyi bazanı hədəfə aldı.

Biz gərginliyin şiddətlənməsini və ya müharibə istəmirik, amma hər bir hücum qarşısında özümüzü müdafiə edəcəyik."