Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə yol polisini uddu

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov məhkəmədə Dövlət Yol Polisinə qalib gəlib.

 

“MediaPost”un əldə etdiyi məlumata görə, bir müddət əvvəl A.Məmmədov Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilib və sürücülük hüququndan məhrum edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edilib.

 

Məhkəmə A.Məmmədovun xeyrinə qərar verib.

 

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən sabiq millət vəkili Elton Məmmədov oğlu Aynar Məmmədov sözügedən iş üzrə məhkəmədə qalib gəldiyini təsdiqləyib.