Zimbabve prezidenti Azərbaycana gəlib

Zimbabve prezidenti Azərbaycana gəlib

Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycana gəlib.
 
AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Zimbabve prezidentinin Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcəyi və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlən
 
Yanvarın 19-da Azərbaycan prezidenti İlham Əliyev Zimbabve prezidenti Emmerson Mnanqaqvanı qəbul edib.
 
Görüşün detalları, hələlik, açıqlanmır.
 
E. Mnanqaqva bundan əvvəl Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, ölkəsində iqtisadi problemlər və yanacağın qiymətinin artırılmasına etirazlar dövründə Rusiyadan uzun müddətli kreditlər alacağına ümidli olduğunu bildirib.
 
Hər iki hökümətin rəsmiləri bir sıra sənədlər imzalayıb.

Facebook