Zəfər günündə əfv sərəncamı gözlənilirmi?

Son günlər mətbuatda 8 noyabr Zəfər günündə əfv sərəncamının veriləcəyi ilə bağlı fikirlər dolaşır. Artıq hər il Novruz bayramı ərəfəsində baş tutan əfv sərəncamının bu il Zəfər bayramı günündə veriləcəyi ehtimallarına Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev aydınlıq gətirib. O Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, “Əfv sərəncamının verilməsi ölkə başçısının müstəsna səlahiyyətlərinə daxildir. Amma sərəncamın bu ilin əvvəlində verildiyini nəzərə alsaq, ilin sonuna yeni sərəncam veriləcəyini ehtimal etmirəm. Belə olacağı təqdirdə Komissiyanın iclasları çağırılmalı idi. Hazırda isə hansısa iclas keçirilmir və keçirilməsi nəzərdə tutulmayıb. Növbəti əfv sərəncamının ənənənvi olaraq, 2022-ci ilin Novruz bayramı ərəfəsində verilməsi gözlənilir”.

Xatırladaq ki, bundan öncə Rəşad Məcid, Novella Cəfəroğlu və Zahid Oruc Zəfər günündə əfv sərəncamının verilməsini gözlənilən addım kimi dəyərləndirmişdilər.