Zelenskidən əsir mübadiləsi bəyanatı: “144 ukraynalı əsgəri rus əsirliyindən xilas etdik”

Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən əsir götürülən ukraynalı əsgərləri xilas etdiklərini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın əsirliyində olan 144 ukraynalı əsgəri xilas etdiklərini bildirib.
Videomüraciətində nikbin və mühüm xəbər vermək istədiyini ifadə edən Zelenski, "144 Ukrayna əsgərini rus əsirliyindən xilas etdik. Bunlardan 59-u milli qvardiya, 30-u dəniz qüvvələri, 28-i ordu, 17-si sərhədçi, 9-u terrorla mübarizə aparan əsgər və 1 polis var. Xüsusilə 95 Azovstal müdafiəçisi vətənə qayıdır. Biz hər bir ukraynalının öz evinə qayıtması üçün hər şeyi edəcəyik.” - bildirib