Zelenski ölkədə dövlət çevrilişi hazırlandığını bəyan edib

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə planlaşdırılan dövlət çevrilişi barədə məlumat aldığını bəyan edib.

  SalamNews xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

  Zelenski deyib ki, biznesmen Rinat Axmetovun bu planlarda iştirak etdiyi və bunun üçün     milyardlarla dollar ayrıldığı barədə məlumat əldə edib.

 Bununla belə, Ukrayna lideri Zelenski çevrilişə inanmadığını söyləyib.