Zelenski istefasının şərtini açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski, ölkə Konstitusiyasına görə, "həqiqi korrupsiya"da ittiham olunsa istefa edəcəyini deyib. Bu barədə o  The Times of Israel telekanalına müsahibəsində bildirib.

 

"Mən siyasi bir məsələdə  deyil, həqiqi korrupsiyada ittiham edilsəydim, onda Konstitusiyaya əsasən istefa verməli olardım", - o, vurğulayıb.

 

 Qeyd edək ki, bu sözləri Zelenski İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya ilə mübarizəsi ilə bağlı suala cavabında deyib.