Zelenski ilk dəfə Rusiya telekanalına müsahibə verib

Ukrayna Prezidenti Vladimir Zelensky Rusiya televiziya jurnalistlərinə ilk dəfə olaraq müsahibə verib.

 

Bu barədə "RİA Novosti" agentliyi yazıb.

 

Məlumatda bildirilir ki, müsahibə dekabrın 15-i "Rossiya 1" telekanaklının "Moskva. Kreml. Putin." verilişində yayımlanacaq.

 

"Əsas odur ki, biz hamımız ünsiyyət qurmağa başlayaq", - Zelenski jurnalistlərə söyləyib. 

 

Qeyd edək ki. bundan öncə Ukrayna prezidenti rusiyalı jurnalistlərlə söhbət etmək istəməyəcəyini vurğulayıb.