Zelenski: Biz faktlarla üzləşməliyik

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın başladığı müharibənin üçüncü ayında Ukrayna prezidenti Vladimir Zelenski “faktlarla üz-üzə gəlmək lazımdır” və müharibəni bitirmək üçün Rusiya lideri Vladimir Putinlə birbaşa əlaqə qurulmalı olduğunu deyib.
Əl-Cəzirə telekanalının verdiyi xəbərə görə, İndoneziya düşüncə mərkəzinə müraciət edən Vladimir Zelenski Putinlə görüşməli olduğunu açıqlayıb.
“Rusiya lideri ilə müzakirə olunacaq məsələlər var”, - deyə Zelenski bildirib. “Mən demirəm ki, mən və ya bizim insanlar onunla danışmağa hazırıq, amma biz yaşadığımız faktlarla üzləşməliyik” deyib.
Putinlə mümkün görüşlə bağlı Zelenski deyib: “Biz bu görüşdən nə istəyirik... Biz həyatımızı geri istəyirik. Biz öz ərazisində suveren bir ölkənin həyatını geri almaq istəyirik.”
Zelenski əlavə edib ki, Rusiya ciddi sülh danışıqlarına hazır görünmür.