Yunanıstanda meşә yanğınları sәbәbindәn bәzi kәndlәr boşaldılıb

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə,Yunanıstanın bir çox bölgəsində baş verən meşə yanğınları səbəbindən bəzi kəndlərin və bir otelin boşaldıldığı bildirilib.

Patra yaxınlığındakı Amfissa bölgəsində, İon dənizindəki Zakintos adasında, Mora yarımadasındaki Kranidi bölgəsindә, Afinanın şimalındakı Şimatari bölgəsində, Saloniki yaxınlığındakı Aynoroz yarımadasında və ölkәnin qәrbindәki İleyya şəhərində baş verәn meşə yanğınlarının söndürülmәsi istiqamәtindә işlәr davam etdirilir. Yanğının söndürülmәsi güclü külәk sәbәbindәn çәtinlәşib.

Mülki Müdafiə İdarəsinin göstәrişi ilə bəzi kəndlərin vә Kranididәki bir otelin boşaldıldığı bildirilib.Oteldә qalanlar tәhlükәsiz bölgәyә köçürülüb.

Yanğınlara müdaxilə edən yanğınsöndürmə briqadası güclü külək səbəbindən yanğının bu gün də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.