Yunanıstanda 53 nöqtədə meşə yanğını baş verib

Yunanıstanda ötən gün 53 nöqtədə baş verən meşə yanğınları səbəbindən 4 kənd boşaldılıb. Karagianeika və Dalaboureika yaşayış məntəqələri də daxil olmaqla 4 kənd boşaldılıb.
Operativ.tv HÜRRİYET-ə istinadən xəbər verir ki, Yunanıstanda yazın gəlişi ilə yanğınlar artmağa başlayıb. Ötən gün ölkənin 53 məntəqəsində yanğın baş verib. Yunanıstan Yanğın Xidmətinin sözçüsü Rafaella Tzima bildirib ki, yanğınlara yüksək temperatur, güclü külək və quru hava şəraiti səbəb olub. Vətəndaşların hər hansı bir şübhəli vəziyyətdə 199 yanğınsöndürmə xidmətinə və ya 112 təcili yardım xəttinə zəng etməsinin vacibliyini vurğulayan Tzima deyib: “Bu gün yanğın mövsümünün ilk çətin günü idi. Bütün Yunanıstan indi yüksək risk altındadır. Bu səbəbdən milli parklara və meşələrə girişləri bir müddət məhdudlaşdırmaq lazım gələ bilər”.
Peloponnesdə dünən günortadan sonra başlayan meşə yanğınlarına müdaxilə etmək üçün 200-ə yaxın yanğınsöndürən, çox sayda bələdiyyə işçisi və 2 helikopterlə könüllü gecə boyu fasiləsiz çalışıb. Achaia bölgəsinin şərqindəki Portes kəndi yaxınlığında başlayan meşə yanğını güclü küləyin təsiri ilə cənubda İleiyaya da keçib. Karagianeika və Dalaboureika yaşayış məntəqələri də daxil olmaqla 4 kənd boşaldılıb. Portes kəndində baş verən şübhəli yanğını araşdırmaq üçün istintaq qrupu yaradılıb. Səhər saatlarında yanğınlar nəzarətə götürülüb.