Yunanıstan qarmaqarışıqlıq yaratdı: “geri çəkilsək Türkiyə işə qarışacaq”

Operativ.tv Haber7-yə istinadən verdiyi məlumata əsasən, Yunanıstanda yenidən türk panikası yaşanır. Afina administrasiyası Rusiyaya neft embarqosuna “Bu vəziyyətin Çin və Türkiyəyə faydası olacaq” səbəbiylə qarşı çıxır.
Rusiya neftinə qarşı sanksiya tətbiq etmək üçün hərəkətə keçən Avropa Komissiyasının planları Yunanıstan, Yunan Kipr Administrasiyası və Maltanın sıx lobbiçiliyi səbəbindən alt-üst oldu. Yunanıstan iddia edir ki, neft qadağasına görə səhnədən çəkilsələr, Türkiyə və Çin də daxil olmaqla, ölkələr işə qarışacaq.
Avropa Komissiyasının Ukraynanın işğalından sonra Rusiyaya tətbiq etməyi planlaşdırdığı Altıncı Sanksiya Paketi fikir ayrılıqları səbəbindən yarımçıq qalıb. Qadağa təklifi üzv dövlətlər arasında mübahisələrə səbəb olub. Rusiya neftindən ən yüksək iqtisadi asılılığa malik olan Macarıstan və Slovakiya təklifi təsdiq edə bilməyəcəklərini rəsmi olaraq Brüsselə çatdırıblar.
Tutum baxımından dünya neft tankerlərinin dörddə birindən çoxuna sahib olan və gəmiçilik biznesindən böyük dərəcədə asılı olan Afina, özlərinin səhnədən çəkiləcəyi təqdirdə Türkiyə və Çinin də daxil olduğu ölkələrin işə qarışacağını bildirir. Aİ-nin qadağa planı Yunanıstan hakimiyyətinin və Macarıstanın bütün sanksiyalar paketinə veto qoyacağı ilə hədələməsi səbəbindən indi sarsıntılı görünür.