Yunan keşiş Roma Papasını “kafir” adlandırdı

Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Yunanıstanda yaşlı rahib Roma Papası Fransiski 3 dəfə “kafir” adlandırıb.

Qeyd edək ki, hadisə katolik kilsəsinin başçısı Papa Ellad pravoslav kilsəsinin başçısı arxiyepiskop İyeronimlə görüşə gələrkən baş verib.

Papa, sən kafirsən”, – deyə Fransisk Afina arxiyepiskopluğunun binasına gedərkən yaşlı keşiş qışqırıb.

Polis onun əllərindən tutaraq onu kənara çəkib.

Papanın Yunanıstana gəlişi yolverilməzdir, o, tövbə etməlidir”, – deyə yaşlı rahib öz sözlərinə aydınlıq gətirərkən bildirib.

Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.