Yuliya Skripal xəstəxanadan evə buraxıldı

Rusiya Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripalın qızı Yulia Skripal, xəstəxanadan evə buraxılıb. Bu barədə BBC məlumat yayıb.

Verilən məlumatda 33 yaşlı Yuliya Skripalın bazar ertəsi Solsberi Rayon Xəstəxanasından çıxarıldığı və təhlüksiz yerə aparıldığı bildirib.

Onun 66 yaşlı atası Sergey Skripal hələ də xəsatəxanada saxlanılır. Həkimlər onun vəziyyətinin yaxşılığa doğru dəyişdiyini bildiriblər.

Qeyd edək ki, ata və qızı martın 4-də Solsberidə parkda huşsuz vəziyyətdə tapılıblar. Daha sonra onların “Noviçok” sinir-iflic maddəsi ilə zəhərləndiyi aşkarlanıb. Birləşmiş Krallıq bu qazın SSRİ-də istehsal olunduğu iddiasıyla bu hadisədə Rusiyanı günahlandırır.

Rusiya tərəfi isə ittihamları rədd edir.