“YouTube”un ofisinə atəş açıldı

ABŞ-da “YouTube” videoportalının baş ofisində atəş açan qadının şəxsiyyəti müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, həmin qadın Kaliforniya ştatının sakini Nasim Aqdam olub.

Qeyd olunur ki, Aqdam atəşdən sonra intihar edib. Onun “YouTube” şirkətinə heç bir aidiyyatı olmadığı bildirilir.

NBC telekanalının məlumatına əsasən, Nasim Aqdamın 39 yaşı olub. O, xəsarət alanlardan bir nəfəri tanıyırdı, çox guman ki, onun məqsədi həmin kişi olub.

Qeyd edək ki, atışma nəticəsində daha iki qadın yaralanıb.