Yol polisindən taksilərin fəaliyyəti ilə bağlı AÇIQLAMA

“Taksilərin fəaliyyətinə icazə verilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, taksilərin fəaliyyəti zamanı mütləq riayət edilməli normalar var:

“Avtomobildə şəffaf arakəsmələr olmalıdır. Sərnişinlərin sayı iki nəfərdən artıq ola bilməz. Eləcə də, sərnişinlər və sürücülər tibbi maskadan mütləq istifadə etməlidirlər”.