Yol polisi PPX əməkdaşını maşınla vurub öldürdü

Ağstafa rayonunda Post Patrul Xidməti əməkdaşını yol polisi maşını vurub.

 

Hadisə martın 4-ü, səhər saat 06 radələrində baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşı hərəkətdə olarkən yolun kənarında olan Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, 1982-ci il təvəllüdlü Fərhad Abdullayevi vurub. 

 

F.Abdullayev hadisə yerində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

BDYPİ-nin sözçüsü Kamran Əliyev bildirib ki, hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.