Yəmənli lider ABŞ-a çağırış etdi

Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi ABŞ-a çağırış edən açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, ABŞ Səudiyyə Ərəbistanına hərbi dəstək verməyi dərhal dayandırmalıdır.

 

"ABŞ Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi dayandırmaq üçün addımlar atmalıdır. Bu Vaşinqtonun "Ənsarullah" hərəkatına qarşı tətbiq etdiyi sanksiyanı 1 ay müddətinə təxirə salma qərarından daha yaxşıdır", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.

 

Məhəmməd Əli Husi açıqlamasında qeyd edib ki, Səudiyyə Ərəbistanına verilən dəstək nəticəsində qocalar, az yaşlı uşaqlar, körpələr, qadınlar və mülki şəxslər həlak olurlar.