Yəmənin müxtəlif əyalətlərində Səudiyyə Ərəbistanı və ABŞ əleyhinə etiraz aksiyaları keçirilib (VİDEO)

Yəmənin yeddi əyaləti ABŞ və Səudiyyə Ərəbistanı əleyhinə etiraz aksiyalarının şahidi olub.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu gün Yəmənin Səda, Səna, İbb, Təiz, əl-Əmran, Həcca, əl-Bəyda əyalətləri ABŞ və Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyalarının şahidi olub.

“Yəmənə təcavüzün arxasında ABŞ durur” devizi ilə keçirilən izdihamlı etiraz aksiyalarına on minlərlə insan qatılıb.

Etiraz aksiyalarının yekun bəyanatıda ABŞ-ın beynəlxalq instansiyalarda Səudiyyə Ərəbistanı hərbi koalisiyasına verdiyi dəstək, həmçinin rəsmi Vaşinqtonun bu hərbi koalisiyaya durmadan silah satması pislənilib.

Yəmənə intensiv hava zərbələrinin endirilməsi, əyalətlərə lazımi zəruri məhsulların idxalının qarşısının alınması, hava və qurudan tətbiq edilən mühasirə, xəstələrin xaricə müalicəyə göndərilməsinin qarşısının alınması, Yəmənə məxsus neft və neft məhsulları, ticarət gəmilərinin müsadilər edilməsi və mühasirədən dolayı ölkədə dərman peraparatları qıtlığı və aclığın hökm sürməsi və sonda beynəlxalq ictimaiyyətin qeyd edilən məsələlərə biganə qalması bəyanatda yer alıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.