Yəməndə Səudiyyə Ərəbistanının PUA-sı vurulub, yerə düşən qalıqlar ölümə səbəb olub (VİDEO)

Yəmənin paytaxtı Səna şəhərinin səmasında Səudiyyə Ərəbistanına məxsus PUA vurulub. Pilotsuz təyyarənin qalıqları yerə düşüb və ölümə səbəb olub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi Yəhya Səri tvitter hesabında yazıb.

O bildirib ki, Yəmən ərazisinə təcavüz edən Səudiyyə Ərəbistanı koalisiyasının pilotsuz təyyarəsi paytaxtın səmasında vurulub.

Daha sonra əl-Məsira telekanalına bildirib ki, PUA-nın qalıqları paytaxtda ticarət mərkəzlərindən birinin qarşısına düşüb və burada üç nəfərin ölümünə səbəb olub.

“Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi atəşkəs dövründə Səudiyyə Ərəbistanı PUA-larının Yəmən səmasına girməsinə görə atəşkəsin hər an pozula biləcəyi ilə bağlı xəbərdarlıq edib.