Yəməndə silah anbarının partlaması nəticəsində altı nəfər ölüb

Yəmənin cənubunda yerləşən Əbyən əyalətində silah anbarında baş verən yanğın və partlayış nəticəsində altı nəfər ölüb.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bu barədə Əbyən əyalətinin yerli qurumlarından məlumat verilib.

Bildirilib ki, Əbyənın şərqindəki Ludar şəhərində silah və sursat anbarının partlaması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və daha 23 nəfər yaralanıb.

Yaralıların bəzisinin vəziyyəti kritikdir.

Anbarın partlaması nəticəsində uçan binanın dağıntıları altında olan insanların axtarışının hələ də davam etdiyini bildirib.

Hadisənin səbəbi araşdırılır.