Yəməndə İsrail işğalı!

İsrail ilə normallaşma sazişi imzalayan Birləşmiş Ərəb Əmirlikləri sionist rejimin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir. Bu çərçivədə Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki bir adada İsrail üçün hərbi baza qurduğu ortaya çıxıb. Məlum olub ki, Birləşmiş Ərəb Əmirlikləri İsrail hərbi ekspertlərinin nəzarəti altında Yəmənin strateji ada Sokotranın cənub-qərbində hərbi baza tikir. Yəmənin Müdafiə Nazirliyinə bağlı Sentyabr-26 xəbər saytının məlumatına görə, ağır hərbi texnika və sursatla yüklənmiş Əmirlik gəmisi bu yaxınlarda Sokotra adasından təxminən 105 kilometr cənub-qərbdə Əbdül-Kuri sahilinə yanaşıb. İsrailli mütəxəssislərin adaya hər gün hərbi helikopterlərlə gəldiyi bildirilir.

Abd əl-Kuri Afrika burnu yaxınlığındakı ən əhəmiyyətli adalardan biri kimi tanınır. Ada böyük iqtisadi potensiala və neft ehtiyatlarına malik olsa da, Bab əl-Məndəb boğazına nəzarət etmək üçün strateji mövqedədir. 2020-ci ilin avqustunda fransızdilli İsrailyönlü xəbər saytı Jforum İsrailin Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edərək Sokotra adasında kəşfiyyat bazaları qurmağı planlaşdırdığını yazmışdı. Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Aypara Cəmiyyəti ilə İsrail Hərbi Hava Qüvvələri Sokotra hava limanında kəşfiyyat mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalayıb. (Agentlik)