Yəməndə humanitar böhran davam edir - DƏHŞƏTLİ RƏQƏMLƏR

Yəmən humanitar böhranın miqyasına görə dünyada birinci yerdədir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) məlumat verilib.

Qeyd edilib ki, hazırda Yəmən əhalisinin 70%-nin - 20,7 milyon yəmənlinin humanitar yardıma ehtiyacı var.

Əlavə edilib ki, təxminən 16 milyon yəmənlinin də ərzaq yardımına ehtiyacı var. Ölkədə 4,71 milyon qadın və uşaq natamam qida qəbulundan əziyyət çəkir.