Yəmən "Zəfər Baharı" əməliyyatı barədə açıqlama verdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Səri Yəmən qüvvələrinin Məarib və Şəbva vilayətlərində "Zəfər Baharı" əməliyyatı zamanı əldə etdiyi nailiyyətlərdən danışıb.   "Yəmən qüvvələri "Zəfər Baharı" əməliyyatı zamanı işğal altındakı 3200 kvadrat kilometr ərazini azad etməyə müvəffəq olub", - deyə Yəhya Səri bildirib.   Yəmən hava qüvvələrinin əməliyyatda Səudiyyənin mövqelərinə 278-dən çox hücum təşkil etdiyini bildirən Səri bu əməliyyatla "Asilan", "Beyhan" və "Ayin" bölgələrini azad etdiklərini bildirib.   Məarib vilayətində əl-Əbdiya, Hərib və əl-Kubah və Cabəl Murad bölgələrinin azad edildiyini ifadə edən Səri Səudiyyə koalisiyasının 550 üzvünün zərərsizləşdirildiyini və 1200-dən nəfərdən çoxunun isə yaralandığını söyləyib.   Səri Səudiyyə koalisiyasına bağlı 90 nəfərin də nəzarətə alındığını ifadə edib.