“Yəmən xalqı ilə həmrəyik”

Əsaibi Əhli-Haqq Hərəkatı İraq Hizbullah Batalyonları və İraqın Ali İslam Şurası sədri Səudiyyə koalisiyasının Yəməndə mülki əhalini bombalaması və qətliamını şiddətlə pisləyib.

İraq Əhli-Haqq İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Qeys əl-Həzali İraq hökuməti və digər ölkələri yəmənlilərin zülmü qarşısında təslim olmamağa çağırıb. Şeyx Qeys əl-Həzali verdiyi açıqlamada: “Təcavüzkarların Yəmən xalqına qarşı törətdikləri vəhşi cinayətlər, Amerika iradəsinə təslim olan beynəlxalq ictimaiyyətin və hökumətlərin, xalqların dəyərlərinə zidd standartlarını bir daha ortaya qoydu."-deyə bildirib. "Səudiyyə koalisiyası tərəfindən Səada mərkəzi həbsxanasının vəhşicəsinə bombalanması nəticəsində yüzlərlə insanın həlak olması ilə bağlı kədərli xəbər aldıq. Bu, bütün İslami və humanitar dəyərlərə ziddir və burada Ənsarullah Hərəkatındakı qardaşlarımızla tam həmrəyik. Onlar Yəmən xalqının övladlarıdır” - deyə Əhli-Haqq Hərəkatının lideri bəyan edib.

Hizbullah Batalyonlarının Hərbi Sözçüsü Cəfər əl-Hüseyni isə Twitter hesabında bildirib: "BƏƏ-nin arxasında duran xain siyasətçilər, sionistlər və şər Amerika anlayacaqlar ki, Həşdu-Şabi, müqavimət, ordu və onlardan fərqli olaraq cəsur insanlar var. İbn Zeyd sülaləsi və onların ətrafındakılar bunu başa düşməlidirlər”.

İraqın Ali İslam Şurasının sədri Şeyx Həmam Həmidi açıqlama verərək deyib: "Yəmən xalqına qarşı davam edən hücumları pisləyirik. İslam, ərəb və insan mənsubiyyəti əsasında məzlum Yəmən millətinə dəstəyimizi bildiririk. Eyni zamanda beynəlxalq ictimaiyyətin və beynəlxalq qurumların Yəmənə hücumlar qarşısında susmasına təəccüblənirik”.

Son məlumatlara görə, indiyədək 177-dən çox insanın öldüyü və yaralandığı Səada vilayətində həbsxananın ötən səhər bombalanması Səudiyyə koalisiyasının Yəməndəki ən qanlı hücumlarından biri olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmisi Fransa xəbər agentliyinə bildirib ki, hücum nəticəsində 100-dən çox adam ölüb və bir o qədər də şəxs yaralanıb.