Yəmən Səudiyyə Ərəbistanına ballistik raket atıb

Yəməndə husilər Səudiyyə Ərəbistanına ballisitk raket atıb. 

Bu barədə Səudiyyənin VAS dövlət agentliyi ölkə ordusuna istinadən məlumat yayıb. 

Məlumatda bildirilir ki, ordu ölkənin Cazan əyalətinə atılan ballistik raketin hava hücumundan müdafiə sistemi vasitəsilə qarşısını aldığını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

Faktxeber.