Yəmən rəsmisi: BƏƏ-nin bütün hərbi obyektlərinə zərbələr endiriləcək

Yəmən ordusunun və xalq komitələrinin rəsmisi Məhəmməd Əbu-Salam bəyan edib ki, BƏƏ-dəki bütün hərbi və iqtisadi obyektlərə zərbələr endiriləcək.

Az.shafaqna.com "ParsToday"-a istinadən xəbər verir ki, o deyib ki, BƏƏ Yəmənə qarşı açıq-aşkar təcavüz siyasəti yürüdür və buna görə də cavab verməlidir.
"BƏƏ səhvlərə yol verdi və öz hesablamalarında uğursuzluğa uğradı və bu məğlubiyyət Yəməndə, Fələstin və bütün regionda müsbət rezonans tapdı", - deyə o qeyd edib.