Yəmən Ordusunun sözçüsündən "Expo Dubai" haqqında gizli mesaj

BƏƏ-nin təhlükəsiz olmadığı barədə xəbərdarlıq edən Yəmən ordusunun sözçüsü bu dəfə gizli mesajla "Expo Dubai"yə istinad edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri çərşənbə axşamı gecə BƏƏ-yə sərmayə yatırma riski ilə bağlı yenidən xəbərdarlıq edib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü öz Twitter hesabında "Exbo" həştəqindən istifadə edərək Expo Dubai-ya istinadən yazıb: "Bizimlə qarşılaşdığınız zaman məğlub ola bilərsiniz. Hədəfinizi dəyişmənizi tövsiyə edirik." Bu açıqlama ilə eyni vaxtda Yəmən Ənsarullah İnformasiya Mərkəzi, Yəmənin İnformasiya Nazirinin müavini Nəsrəddin Əmir yazıb: "Dubay daha gözəl görünür... Bizim qüvvələrimiz sərgidə iştirak edəcəkmi?” (Dubay Expo-ya istinad edərək)

Yəhya Səri əvvəlki mesajında ​​BƏƏ-dəki xarici investorları xəbərdar edib və Əbu-Dabiyə qarşı son əməliyyatdan əvvəl: “Səudiyyə-ABŞ-BƏƏ koalisiyasının hava qüvvələrinin xalqımıza qarşı törətdiyi bugünkü fəlakətlərdən sonra BƏƏ-dəki xarici şirkətlərə ölkədən getmələrini tövsiyə edirik. Nə qədər ki, BƏƏ hökmdarları bizə hücum etməkdə davam edir, xarici şirkətlər bu kiçik etibarsız ölkəyə sərmayə qoymasınlar”-deyə bildirmişdi.

Ötən həftə Yəmən ordusu "Yəmən Fırtınası 1" adlı uğurlu əməliyyatda əl-Musaffah bölgəsindəki neft emalı zavodu və Əbu-Dabi hava limanını ballistik raketlər və İHA-larla hədəfə alıb. Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu həftə bazar ertəsi günü Səudiyyə Ərəbistanı və BƏƏ-nin dərinliklərində əməliyyatın ikinci mərhələsinin "Yəmən Fırtınası 2" adı ilə başladığını açıqlayıb. Yəmən ordusu bildirib ki, onun qüvvələri Əbu-Dabidəki əl-Zəfra aviabazasını və digər kritik hədəfləri çoxlu sayda Zülfiqar ballistik raketləri ilə hədəfə alıb. Yəhya Səri həmçinin Yəmən ordusunun Səməd 3 pilotsuz uçan aparatı ilə Dubaydakı digər həyati hədəfləri və Səudiyyə Ərəbistanının dərinliklərindəki Şurara bölgəsindəki bir neçə hərbi bazanı və Səməd 1 və Kəsif 2k pilotsuz təyyarələri ilə digər bölgələri hədəfə aldığını deyib. Həmçinin o, Səudiyyə Ərəbistanının cənubundakı Cizan və Əsirdəki kritik mərkəzlər çoxlu sayda ballistik raketlə hədəfə alındığına diqqət çəkib.

ABŞ-ın dəstəklədiyi ərəb koalisiyasına rəhbərlik edən Səudiyyə Ərəbistanı 2015-ci il martın 26-da Yəmənin istefa vermiş prezidentini geri qaytarmağa çalışdığını iddia edərək, Yəmənə hərbi hücuma keçib və buna qarşı ölkə quru, hava və dəniz blokadası tətbiq edib. Bu hücumlarda Səudiyyə Ərəbistanı heç bir məqsədinə nail ola bilməsə də, bu hücumlar on minlərlə yəmənlinin öldürülməsi, milyonlarla insanın yaralanması, bu ölkənin infrastrukturunun dağıdılması, aclıq və yoluxucu xəstəliklərin yayılması ölkəni dəhşətli vəziyyətə gətirib.