Yeni Günəşli Fatimeyi-Zəhra məscidində Xanım Zəhranın (s.ə.) mövludu qeyd olundu.

Xanım Zəhranın (s.ə.) mövludu tədbirləri çərçivəsində baş tutan növbəti bayram, Yeni Günəşlinin “Xanım Fatimeyi Zəhra (s.ə.)” məscidində təntənəli qeyd edilib. Məscidin açılışından sonra baş tutan ilk mövlud tədbirinin məhz adını daşıdığı Xanım Zəhranın (s.ə.) mövlud gününə təsadüf etməsi isə gecəyə başqa bir rəng qatıb. Məscidin əzəmətli tədbiri Quran qiraətinin açılışı ilə başlayıb. Ardınca ilahiyyatçı Hacı Surxay Əhmədov bəşəriyyətin ismət və iffət nümunəsi Xanım Zəhranın (s.ə.) insanlığa olan sonsuz rəhmət və məxfirətindən söhbət açıb. Eyni zamanda o, Xanımın mücadilə və mübarizə ruhuna da diqqət çəkib. Məclis məddahlar Seyid Taleh Günəşli və Hacı Teymur Şirvanlının gözəl avazı ilə izləyicilərin ruhunu oxşayıb.
Xatırladaq ki, pandemiya səbəbindən məscid tədbləri daha çox internet üzərindən izlənilir.