Yeni "facebook" funksiyası istifadəçilərin şəkillərini qoruyacaq

“Facebook” şirkəti istifadəçinin əsas fotosunu mühafizə edən yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Bu barədə “gazetadaily.ru” saytı məlumat yayıb. Hələlik Hindistanda sınaqdan keçirilən funksiyanın gələcəkdə bütün dünyada işləməyə başlayacağı bildirilir. 

“Photo Guard” adlanan funksiya əl ilə aktiv edilir. Funksiya işə salındıqdan sonra istifadəçinin səhifəsinə daxil olan qonaqlar onun əsas şəklini skrinşot edə bilməyəcəklər. Həmçinin, digər insanların şəkillərinin yüklənməsinə və istifadə edilməsinə də məhdudiyyətlər tətbiq ediləcək. 

“Facebook”dan bildiriblər ki, “Photo Guard” profil şəklinin oğurlanmasından tam müdafiəni təşkil edə bilməyəcək. Ancaq sınaqlarda müəyyənləşdirilib ki, bu funksiya şəklin surətinin çıxarılması riskini 75 faiz azalda biləcək.