“Yeni Azərbaycan” Partiyasının qurultayı partiyanın Siyasi Şurasını ləğv edib

Partiyanın bu gün keçirilən növbədənkənar VII qurultayında təşkilatın yeni nizamnaməsi qəbul edilib, bu barədə partiyadakı mənbələr məlumat verib.

Xüsusilə, partiyanın 84 üzvü olan Siyasi Şurası ləğv edilib, amma eyni zamanda parlamentin keçmiş vitse-spikeri Arif Rəhimzadənin rəhbərliyi altında Veteranlar Şurası yaradılıb.

Eyni zamanda, partiyanın İdarə Heyətinin üzvlərinin sayı iki dəfə artırılaraq, 40 nəfərə çatdırılıb.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və icraçı katibin keçmiş müavini Siyavuş Novruzov İdarə Heyətinin tərkibinə daxil olmayıb.

Partiyanın İdarə Heyətinin sədr müavini vəzifəsinə indiyədək sədr müavini və icraçı direktor vəzifəsini tutan Əli Əhmədov seçilib.

13 nəfərdən ibarət nəzarət-təftiş komissiyasının yeni tərkibi formalaşdırılıb.

Parlamentin keçmiş vitse-spikeri, hazırda Qadın, Ailə və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova partiyanın Qadınlar Şurasının rəhbəri təyin edilib.

Eyni zamanda “Yeni Azərbaycan”ın de-fakto fəaliyyətsiz qalan kiçik partiyalar – Xalq Demokrat Partiyası, “Yurddaş”, “Milli Qurtuluş”, “Milli Hərəkat”, Demokratik sahibkarkar partiyası ilə birləşməsi haqqında qərar qəbul edilib.

Hələlik qurultayın yekunlarına dair rəsmi məlumat yoxdur, buna görə partiya liderinin seçilməsi ilə bağlı məsələ hələ ki, aydın deyil.

2005-ci ildən bu günə qədər bu vəzifəni prezident İlham Əliyev tutur.