Yenə Quranı yandırdı

Operativ.tv Rasthaber-ə istinadən verdiyi xəbərə görə, Danimarka ilə yanaşı İsveç vətəndaşlığı olan İslam düşməni Paludan gülləkeçirməz zirehli maşında və polisin mühafizəsi altında Stokholmun Husby məhəlləsinə gələrək Quranı yandırıb. Digər tərəfdən, Paludan da meqafon vasitəsilə İslam dininə və peyğəmbərimiz Məhəmmədə (s) dil uzadıb. İsveç Kəşfiyyat Təşkilatından (SEPO) təxminən 100 polis və 10 mülki geyimli polisin Sıx İstiqamət Partiyasının (Stram Kurs) sədri Paludanı yaxından mühafizə etdiyi görülüb. Paludanın sözügedən şərəfsizliyi himayə altında həyata keçirməsi İsveç dövlətinin də hərəkətdə ortaq olduğunu göstərir.
REAKSİYA VERƏN MÜSƏLMANLARA HÜCUM
İrqçi siyasətçi Rasmus Paludan müqəddəs kitabımız Qurani-Kərimi yandıran zaman, hadisəyə reaksiya verən müsəlmanlar hücuma məruz qalıb. Türklərin yaşadığı Hallunda məhəlləsinə gedən Paludan oradakı restoranın qarşısında Quranı yandıran zaman restoran sahibi Osman Dəmir ona yumurta atıb. Dəmirin Paludana reaksiyasından sonra polis restoran sahibinə dəyənəklə hücum edib və onun restoranını bağlayıb. Digər tərəfdən Paludanın bu nalayiq hərəkətinə görə bölgədə avtobus və qatar səfərlərinin ləğv edildiyi, Paludana reaksiya verən 2 nəfərin polis tərəfindən nəzarətə götürüldüyü bildirilib.