Yaponiyada həddindən artıq istilər nəticəsində 12 nəfər ölüb

Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda termometrlər 1875-ci ildən bəri iyun ayında görülən ən yüksək dərəcə olan 36,4-ü göstərdi. 
Ölkənin müxtəlif yerlərində havanın temperaturu 39 dərəcəni keçərkən, ən azı 12 nəfərin gün vurması nəticəsində öldüyü bildirilir.