Yaponiya 2023-cü il G7 Sammitinə ev sahibliyi edəcək

Yaponiyanın baş naziri Fumio Kişida ölkəsinin 2023-cü ildə Xirosimada 19-21 may tarixlərində keçiriləcək G7 Sammitinə ev sahibliyi edəcəyini açıqlayıb.
Operativ.tv HÜRRİYET-ə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida 2023-cü ildə keçiriləcək G7 Sammitinin 19-21 may tarixlərində Xirosimada keçiriləcəyini açıqlayıb. 
Bu ilki G7 Zirvə toplantısında iştirak edəcəyi Almaniyada açıqlama verən Baş nazir Kişida gələn ilki toplantıya toxunaraq, “Mən Xirosimadakı nüvə silah fəlakəti heç vaxt təkrarlanmaması üçün sammiti G7 liderlərinin güclü bir qərarlılıq nümayiş etdirməsi üçün bir vasitə etmək istəyirəm” deyib. 

Gələn il keçiriləcək zirvə toplantısının ümumbəşəri dəyərlərə və qaydalara əsaslanan yeni nizam yaratmaq səylərinə yol açacağına inandığını ifadə edən Kişida atom bombasından zərər görən Xirosima şəhərinin sülh səylərinə rəhbərlik edən rəmzi əhəmiyyətə malik olduğunu bildirib. 
Qeyd edək ki, gələn il keçiriləcək G7 Zirvəsi 2016-cı ildə Yaponiyanın Mie prefekturasında keçirilən son görüşdən sonra ölkədə 7-ci sammit olacaq. Böyük Britaniya, Fransa və ABŞ daxil olmaqla 3 nüvə dövlətindən əlavə, Kanada, Almaniya, İtaliya, Yaponiya və Avropa İttifaqının liderləri Xirosimada dünya gündəmini müzakirə edəcəklər.