YAP-ın xeyrinə namizədliyini geri götürən şəxsə cinayət işi açıldı

Ötən gün Qaradağ RPİ-si 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən axtarışda olan şəxs həbs edilib.

“Ölkə.az” məlumat verir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən cinayət məcəlləsinin 178-ci maddəsi ilə axtarışa verilən İbrahimov Rəsul İbrahim oğlu saxlanılıb. Məlum olub ki, hakim Fuad Hüseynovun icraatında olan cinayət işində təqsirləndirilən şəxs qismində olan tanınan R.İbrahimovun yaşadığı ünvana bildiriş göndərilsə də, o, məhkəmə iclasında iştirak etməyib və axtarışa verilib. Ötən gün saxlanılan R.İbrahimov 1 sutka saxlanıldıqdan sonra dilindən iltizam alınıb və azadlığa buraxılıb.

Qeyd edək ki, Rəsul İbrahimov 2015-ci ildə Qaradağ rayonundan deputatlığa namizəd olub və YAP- ın sədrinin xeyrinə namizədliyin geri götürüb. 22 il YAP-nın üzvü olan Rəsul İbrahimov barəsində 3 nəfər şəxs Qaradağ RPİ-nə şikayət edib və faktla əlaqədar cinayət məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. 48 saat şübhəli şəxs qismində saxlanılan R.İbrahimov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Azadlığa buraxılan R.İbrahimov saxlanılmasını təsdiq etdi və dedi:
“Yaşadığım evə bildiriş daxil olmayıb, bu barədə Ədliyyə nazirliyinə müraciət ünvanlayacam”.

Araşdırmamız zamanı məlum oldu ki, R.İbrahimov qeydiyyatda olduğu ünvanda yaşamadığına görə, bildiriş ona çatmayıb.