Yanvarın hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin rəsmi proqnozuna görə, 2021-ci ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olması gözlənir. Bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir:

Bakı və Abşeron yarımadası – 3-5 dərəcə isti, ayın ikinci yarısında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti;

Naxçıvan Muxtar Respublikası – 0-4 dərəcə şaxta;

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy – 1-4 dərəcə şaxta;

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl – 1-3 dərəcə isti;

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar – 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti;

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 3-5 dərəcə isti;

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 1-5 dərəcə isti.