Yanğın siqnalını kim söndürüb?

Rusiyada “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğınla bağlı inanılmaz detal üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstintaq Komitəsi açıqlama yayıb. Bildirilir ki, özəl mühafizə təşkilatına ticarət mərkəzində yanğın olması barədə siqnalı daxil olsa da, əməkdaşlardan biri xəbərdarlıq səsini söndürüb. Məlumatda qeyd edilir ki, hazırda həmin əməkdaşın kimliyi aydınlaşdırılır və o, məsuliyyətə cəlb ediləcək. 

Qeyd edək ki, yanğınla bağlı aralarında mərkəzin sahibi olmaqla, 4 nəfər saxlanılıb.