Yağışlı havada sürücülər cərimələnməyəcək

Yağışlı havada sürücülər cərimələnməyəcək

Rusiya Dövlət Yol Polisi bölgələrəki idarələrə yeni təlimat göndərib.

 

Operativ.tv-nin "MK"ya istinadən məlumata görə, yeni təlimatda bildirilir ki, kameraların qeydə alındığı qayda pozuntuları duman və yağışlı havada olubsa, cərimə yazılmasın. Həmçinin yoldakı təmir işlərinə və sairə görə yol nişanlarının olmaması üzündən yazılmış cərimələrdə də üstünlük sürücülərə veriləcək.

 

Nəşr yazır ki, təlimat, pozuntuların avtomatik qeydə alınması üçün sistemlərin işində "problemli cəhətləri" aradan qaldırmağa yönəlib.

 

Mütəxəssislər qeyd edirlər ki, pis hava şəraitində pozuntu anının yüksək keyfiyyətli fotoşəkilini almaq mümkün deyil.

 

Rusiya Federasiyası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin altı ayı ərzində kameraların köməyi ilə yol hərəkəti qaydalarının pozulması ilə bağlı 51 milyondan çox qərar verilib.

Facebook