Xəzər qazının Avropaya çatdırılması sürətlənə bilər

Xəzər qazının Avropa bazarlarına nəqli enerji böhranının dərinləşməsi fonunda sürətlənə bilər.

Operativ.tv APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzetində məlumat yayılıb.

Belə ki, “Yeni Şəfəq” qəzetinin analitiki Erdal Qaragölə görə, əgər Rusiya ilə Avropa arasında qaz böhranı dərinləşsə, başqa sözlə Avropa ölkələrinin “Cənub Qaz Dəhlizi”nə ehtiyacı artsa, Xəzər dənizindən Avropa bazarlarına qaz nəqli sürətlənə bilər.

"“Cənub Qaz Dəhlizi” cari situasiyada Avropa ölkələri üçün həyati əhəmiyyət daşıyır. Çünki, o bir alternativ təşkil edir. Enerji təminatının təhlükəsizliyinin təşkilində dəhlizin artan rolu Türkiyənin də regionda energetika mərkəzi olmasına cəhdlərini gücləndirəcək” - deyə analitik bildirib.