Xəzər İbrahim Azərbaycanın ABŞ-da səfiri təyin edilib

İyulun 26-da Azərbaycan prezidenti İlham Əliyev Xəzər İbrahimin Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə sərəncam imzalayıb.

Xəzər İbrahim bundan öncə Azərbaycanın Türkiyədəki səfiri idi.

Azərbaycanın ABŞ-dakı səfiri olan Elin Süleymanov Azərbaycanın Böyük Britaniyada səfiri təyin edilib.

Xəzər İbrahim 30 may 1978-ci ildə anadan olub.

O, Bakı Dövlət Universitetində təhsil aıb, Corctaun Universtitində beynəlxalq münasibətlər və təhlükəsizlik araşdırmaları fakültələrini bitirib.

2007–2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009–2011-ci illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışıb. 2011–2017-ci illərdə Azərbaycanın NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləyib. Xəzər İbrahim 05 oktyabr 2017-ci ildən Azərbaycanın Türkiyədəki səfiri olub.