Xəlilzad: "ABŞ müharibəni uduzdu, danışıqlar yolunu seçdi"

Giperssilka.ru TOLO-ya istinadən xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı keçmiş elçisi Zalmay Xəlilzad Birləşmiş Ştatlar döyüş meydanında Talibana uduzaraq sülh danışıqlarını əlverişli variant kimi seçdiyini bildirib. Z.Xəlilzad CBC telekanalına verdiyi müsahibədə ABŞ qüvvələrinin döyüş meydanında üstünlük əldə etməyə çalışdığını, lakin səylərinin istənilən nəticəni vermədiyini deyib. O, dedi:

"Danışıqlar bizim müharibədə qalib gəlməyəcəyimizə dair hökmün nəticəsi idi və vaxt bizim xeyrimizə deyildi.Ona görə də gec deyil, daha tez razılaşdıq".

Xəlilzad Əfqanıstanın Sabiq Prezidenti Əşrəf Qənini də günahlandırıb: 

"Sual budur ki, Prezident Qəni niyə bunu etdi (qaçdı)? Sülh naminə istefa vermək istəsəydi, təsəvvür edin ki, bunu bir il və ya altı ay əvvəl təklif etsəydi, hər iki tərəf üçün məqbul bir adam hakimiyyətə gələrdi".

Xəlilzadın sözlərinə görə, Birləşmiş Ştatlar Əl-Qaidəni yatırmaq missiyasına nail olub, lakin demokratiya və demokratik dəyərləri möhkəmləndirə bilməyib. Onun sözlərinə görə, ABŞ-ın 20 illik mövcudluğu Əfqanıstanda sosial dəyişikliyə səbəb olub və Əfqanıstan xalqı artıq 90-cı illərdəki kimi deyilər. Z.Xəlilzada görə, Taliban hərtərəfli bir hökumət qura bilməsə, ABŞ və Əfqanıstan arasındakı münasibətlər normala dönməyəcək.

O, həmçinin xəbərdarlıq edib ki, hərtərəfli hökumət olmasa və insan hüquqlarına riayət edilməsə, Əfqanıstanın valyuta ehtiyatları dondurulmuş vəziyyətdə qalacaq, Əfqanıstan iqtisadiyyatı çökəcək, bu da vətəndaş müharibəsinə səbəb olacaq.