Xızıda baş verən qəzada 4 nəfər ölüb, iki nəfər yaralanıb

Noyabrın 1-i axşam saatlarında Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində 4 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Yolun 75-ci kilometrliyində “Mercedes” və “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib. Hadisə zamanı yaralanan Xaçmaz rayon Qarabağlı kənd sakini 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.