XİN: Doğma Kəlbəcərimiz bizə geri qayıtdı, ədalət bərpa edildi

“Doğma Kəlbəcərimiz bizə geri qayıtdı. İşğalçı Ermənistan qüvvələri Kəlbəcər rayonumuzdan çıxarıldı”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.
 
“Bütün xalqımızın, artıq məcburi köçkün olmayan kəlbəcərlilərin gözü aydın olsun. Artıq 93 mindən çox insan məcburi köçkün deyil. Ədalət bərpa edildi”, - deyə XİN rəsmisi vurğulayıb.