“Xankəndiyə dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”

“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.

“Az.shafaqna.com” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq”.